top
20 Yanvar faciəsinin cənublu şəhidləri - FOTO
20 yanvar 2025, 02:40
- ↺ +

20 Yanvar faciəsinin cənublu şəhidləri - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

20 Yanvar 1990-cı ildə Sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi qanlı hadisə nəticəsində Azərbaycanın müxtəlif bölgələrindən çox sayda şəhid verildi. Cənub bölgəsi, xüsusilə Lənkəran, Biləsuvar, Astara və Lerik rayonlarından olan vətəndaşlar da bu faciədə həyatlarını itirərək, ölkənin müstəqilliyi uğrunda öz qanlarını tökdülər.

Lənkəran:

Telman Bağırov Məlik oğlu (09.09.1960 - 20.01.1990)  - Milis şöbəsində serjant vəzifəsində işləyirdi. Yanvarın 20-də "Dostluq" Kinoteatrının yaxınlığında telefon danışıq məntəqəsinin qarşısında əsgərlər tərəfindən güllələnib. Şəhidlər Xiyabanında dəfn olunub.

Əbülfətov Mircamal Mirsaleh oğlu (17.12.1957 - 20.01.1990) - Lənkəran şəhərlərarası daşıma idarəsində fəhlə işləyib. 1 qızı var idi. Həmin gecə XI Qızıl Ordu meydanında yaralıların xəstəxanalara aparılmasına yardım edib. Gecə saatlarında güllələnib. Qarın və sinə nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya aparılan zaman həyatını itirib. Lənkəranda dəfn edilib.

Əsədullayev Asif Kamil oğlu (02.01.1954 - 20.01.1990) - Lənkəranın Şağlaser kəndində anadan olub. 2 övladı var idi. Maşınqayırma zavodunda fəhlə işləyib. Yanvarın 19-dan 20-nə keçən gecə Əmircan qəsəbəsində qohumlarının evindən "Jiquli" maşını ilə Sabunçu qəsəbəsinə qayıdan zaman Ramana yaxınlığında güllələnmişdi. Lənkəranda dəfn olunub.

Kazımov Əflatun Həşim oğlu (21.02.1958 - 20.01.1990) - Lənkəranda anadan olub. 28 nömrəli inşaat idarəsində fəhlə işləyib. Evli idi və 4 övladı vardı. Yanvarın 20-də hərbçilər tərəfindən öldürülüb. Bədənində 14 güllə yarası olub. Dostları meyidini yanvarın 20-i səhər saatlarında ölüxanadan tapıblar. Şəhidlər Xiyabanında dəfn olunub.

Mirzəyev Azad Əliheydər oğlu (22.01.1961 - 20.01.1990) - Nəsimi Rayon İctimai İaşə İdarəsində fəhlə işləyib. Yanvarın 19-dan 20-nə ötən gecə yaşadığı mənzilin eyvanına çıxan zaman güllələrdən birinin ona dəyməsi nəticəsində həyatını itirib. Şəhidlər Xiyabanında dəfn olunub.

Astara:

Çingiz Əliyev  Mirzəhüseyn oğlu - Balaca Şahağac kənd sakini, iki uşaq atası idi. 17 yanvar 2000-ci ildə şəhid elan edilib.

Novruz Əsgərov Faiq oğlu - 1968-ci ildə anadan olub. İnşaat Kooperativində işləyirdi. Yanvarın 20-də gecə saatlarında Əzizbəyov metrostansiyasının yaxınlığında güllələnib. Səhər saatlarında nəşini meyitxanadan tapıblar. Əhmədli qəbiristanlığında dəfn olunub. Səlivə kəndindəndir .

Biləsuvar:

Xammədov Baba Məmməd oğlu -  1939-cu ildə Biləsuvar rayonunda anadan olub. Evli və 2 uşaq atası idi. Müəllim olaraq çalışırdı. Həmin gecə saat 00:00 radələrində güllə səslərinə evdən çıxıb. Bütün gecə evə gəlməyib. Yanvarın 20-də onun onu dəmiryol xəstəxanasına aparıblar. Güllə ona boğazının sağ tərəfindən dəymişdi. Cərrahiyyə əməliyyatı aparılsa da yanvarın 21-də həyatını itirib. Şəhidlər Xiyabanında dəfn olunub.

Hüseynov Əlimərdan Əbil oğlu - 1962-ci ildə Biləsuvar rayonunda anadan olub. Montyor işləyirdi. Yanvarın 19-dan 20-nə ötən gecə Salyan Kazarmasının yanında olmuşdur. Yanvarın 21-də onu meyitxanadan tapıblar. Güllələr ona qolundan və sinəsindən dəymişdir. Sifətinin sağ tərəfində ağır zərbə izləri olub. Rayonun Çaylı kəndində dəfn olunub.

Lerik:

Rüstəm Əliyev Şahvələd oğlu - 1965-ci ildə anadan olub. Əslən  Lerik rayonunun Perzora kəndindən olan Rüstəm subay idi. 2 nömrəli avtobus dayanacağında sürücü işləyirdi. Yanvarın 19-da axşam dostu Elmanla Salyan Kazarmasının yanına gedib. Hərbçilər dinc əhaliyə atəş açan zaman yaralıları avtobusla xəstəxanaya daşıyıb. Sonra yolda Rüstəm Əliyevin avtobusunu da atəşə tutublar. O, döş qəfəsindən, qarın boşluğundan bir neçə odlu güllə yarası alıb. Gecə saat 03:30 radələrində xəstəxanaya gətirilib. Yanvarın 25-də, saat 13:00 radələrində həyatını itirib. Şəhidlər Xiyabanında dəfn edilib.

Bu qəhrəmanlar, Azərbaycanın azadlıq yolunda verdiyi qurbanların simvolu olaraq hər zaman yad ediləcək və onların xatirəsi gələcək nəsillərə ötürüləcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər