Masallıda Bilik Gününə həsr olunmuş “Təhsil uğurları parlaq gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 sentyabr tarixində verir.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin əməkdaşı Orxan Əliyev, Masallı Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəfa Xəlilova, Masallı Dövlət Regional Kollecinin əməkdaşı Elvira Sultanzadə və Masallı şəhər 2 saylı tam orta məktəbinin müəllimi Elanura Babayeva çıxış ediblər.
Sonda iştirakçılara “Heydər Əliyev və təhsil” adlı film nümayiş etdirilib.
Tədbir GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin və Masallı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.