top
17 il Lənkəranda yaşayan dövlət xadimi: Acından gecə yata bilmirdik
26 fevral 2025, 06:00
- ↺ +

17 il Lənkəranda yaşayan dövlət xadimi: "Acından gecə yata bilmirdik"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın sabiq Baş naziri Artur Rəsi-zadənin 26 fevralda 90 yaşı tamam oldu. Eks-baş nazir ötən həftə Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev” Ordeninə layiq görülüb.

Musavat.com Artur Rəsi-zadədən müsahibə alıb:

- Yubiley günündə qanınızı qaraltmaq istəmədim. Amma vaxtaşırı belə iddialar ortaya atılır ki, guya sovet ordusunu Bakıya siz dəvət etmisiniz...

- (Gülür) Təsəvvür elə də, belə şey ola bilməz. Deyən gərək, axı, siz 1,5-2 il hakimiyyətdə oldunuz, bir yoxlayardınız da. Teleqram qeydiyyatdan keçməlidir, onun əsası qalmalıdır. Hə, Rasizadənin anası ermənidir, gəlini də ermənidir. Deyirəm, mən çox şad olardım ki, gəlinim erməni olardı, amma taleyim elə olub ki, mənim oğlum yoxdur, bir dənə qızım var...Ə, belə şey olar? Bununla nə qazanırsınız? Bu, hansı dəyirmana su tökməkdir? Gəl mən anamın pasportunu sənə göstərim, gör ermənidir? Lap tutaq ki, erməni olaydı. Rasizadə nə edibsə, hökumət üçün, xalq üçün, millət üçün, ölkə üçün eləyib. Ata-anası tam azərbaycanlı olan bəziləri nə ediblər? Ehh...Bilmirsən savadsızlıqdır, ya başqa dərdləri yoxdur, ya nədir? Mən baş qoşmuram.

- Cavidi əzbər bilirsiniz, eləmi?

- Bəli, əlbəttə. (“İblis”dən bədahətən söyləyir)
“Oturarlar, söyləşərlər, anlaşılmaz sözləri,
Həp baxarlar, amma görməz gözləri.
İdraksız başçıları, qeyrətsizlik ancaq
Milləti edib əllərdə oyuncaq.
İblis nədir? Cümlə-xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? İblis! (Ardınca da ürəkdən gülür).

Doğrudan da mən şairlər, yazıçılar kimi dili bilsəydim, çox şad olardım. Amma rus məktəbi qurtarmışam, anam rusdilli olub. Müharibə vaxtı atasız...Mən heç atamı xatırlamıram. Müharibəyə getdi və ilk aylarda həlak oldu. Anam iki uşağı ilə təkbaşına qaldı. Çox dəhşətli taledir. Mən məktəbi Lənkəranda bitirmişəm. O vaxt çörəyi “kartoçka” ilə verirdilər. Aylıq kitabça verirdilər, gedirdik, “kartoçka” ilə 150 qramlıq çörəyi alırdıq. Lənkəran böyük şəhər deyildi, hamı bir-birini tanıyırdı. Biz, balaca uşaqlar acından gecə yata bilmirdik. Gedirdik o dükana, deyirdik səhərki çörəyi axşam ver, biz yeyək. Bax, mən belə böyümüşəm.

-Çox ağır mənzərədir. Siz Lənkəranda neçə il yaşadınız?

- 17 il. Mən Gəncədə doğulmuşam. Atam Gəncədə işləyirdi. Sonra atamı (Tahir Şeyx Məhəmməd oğlu Rasizadə - red.) Lənkərana göndərdilər, Lənkəran subtropik bitkilər texnikumunun direktor müavini oldu. Sonra müharibəyə çağırdılar, qayıtmadı.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Oxşar xəbərlər