top
1500 məktəbi gözləyən reallıq: Müəllimlər və şagirdlər hansı problemlə üzləşə bilərlər?
09 dekabr 2024, 08:44
- ↺ +

1500 məktəbi gözləyən reallıq: Müəllimlər və şagirdlər hansı problemlə üzləşə bilərlər?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Ölkədə 1500 məktəb bağlanacaq" xəbəri sosial şəbəkələrdə və mediada tirajlanaraq cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Valideynlər "uşaqlarımızın taleyi necə olacaq?", müəllimlər "işsiz qalacağıq?" deyə narahatlıq keçirdilər. Elm və təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasını qeyd etdi: "Ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də yüzdən az şagird təhsil alır. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir".

Cəlilabad rayon Nizami adına şəhər 1 saylı Məktəb-liseyin müəllimi Asya Yusifova Kaspi.az-a bildirib ki, yaxın kəndlərdə elə məktəblər var ki, bir sinifdə 5-10 uşaq oxuyur: "Eşitdiyimə görə, rayonda bir neçə kənd birləşib bir məktəbdə dərs keçir. Bir kənddən o biri kəndə getmək, xüsusən ibtidai sinif uşaqları üçün çətinlik törədər". A.Yusifovanın fikrincə, valideynlərin bu məsələdə narahat olmağa haqları olsa da, müəllimlərin narahatlığı əsassızdır: "Müəllimlər MİQ imtahanı verib onlar üçün sərfəli olan məktəbə təyin olunacaqlar. Bununla belə, bir məktəb köçürülərsə, müəllimləri də köçürülür və heç kəs işsiz qalmır. Ancaq uşaqlar üçün çətinlik yarana bilər. Çünki bir kənddən digər kəndə getmək çətinliyi olur".

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova qeyd edir ki, ucqar dağ məktəblərində şagirdlər 5-6-ci siniflərdə oxuyarkən yaxın kəndlərdə olan ümumi və ya tam orta məktəblərə yönəlirlər: "Bu proses onsuz da avtomatik baş verir. İbtidai təhsilini öz məktəbində oxuyub, sonra başqa məktəblərə getməkdənsə, birbaşa digər məktəblərə getmək elə də böyük problem yaratmaz. Çətinlik yol və məsafə baxımından ola bilər, amma məktəblərin birləşdiriləcəyi təqdirdə aralarındakı məsafə və ora gedəcək şagird sayı nəzərə alınacaq. Hesab edirəm ki, nazirlik daha yaxın məsafədə olan məktəblərin birləşdirilməsi ilə bağlı qərar verəcək". Müəllimlərin narahatlığına gəlincə, P.Qədimova hesab edir ki, müəllimlər də digər məktəbə köçürülə bilərlər: "Bu, yerdəyişmə vasitəsi ilə ola bilər. Nazirlik müəllimlərin işsiz qalmasında maraqlı deyil. Bu baxımdan, yəqin ki, optimal bir çıxış yolu tapılacaq".

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər