top
136 yaşında ata olan lerikli Şirəli baba - VİDEO
03 yanvar 2025, 00:38
- ↺ +

136 yaşında ata olan lerikli Şirəli baba - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünyanın qeyri-rəsmi olaraq ən uzunömürlü insanı sayılan, ömrünü Lerik rayonunun ucqar dağ kəndi Barzavuda çobanlıq etməklə keçirən Şirəli Müslümovu tanıyaq. 

Şirəli Fərzəli oğlu Müslümov 26 mart 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub. O, ömrünün 150 ilini Lerik dağlarında çobanlıq etməklə keçirib. Şirəli baba 3 dəfə evlənib və 23 övladı olub. 136 yaşında 3-cü dəfə evlənən Şirəli babanın bu evlilikdən bir qızı dünyaya gəlib. Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun yaşına şübhə ilə yanaşanlar da olub. Elə bu səbəbdən də o, Ginnesin rekordlar kitabına düşə bilməyib. Lakin 1993-cü ildə Rusiya, MDB və Baltikyanı ölkələrin “Möcüzə 93. Möcüzələr. Rekordlar. Nailiyyətlər” (“Диво 93. Чудеса. Рекорды. Достижения”) rekordlar kitabına daxil olub. 

1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında “Şirəli dağdan endi” adlı sənədli film çəkilib. Bu film dünyanın 20-dən çox dilinə tərcümə edilib. Şirəli baba ilk dəfə 1972-ci ildə, ölümündən bir il əvvəl xəstələnib.

 O, 2 sentyabr 1973-cü ildə (168 yaşında) vəfat edib. Vəfat edəndə nəvəsinin artıq 100 yaşı olub. Alimlər Şirəli babanın çox yaşamasına səbəb kimi təmiz dağ havası, gərgin olmayan həyat tərzi, qidada yağın miqdarının az olmasını göstərirlər. Müsahibələrinin birində Şirəli baba hər gün ət yediyini də bildirib.


Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər