SON XƏBƏRLƏR

Lənkəran rayonu Velədi kənd sakini itkin düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində verir.

Kənd sakini Lamiyə Valeh qızı Məmmədova 8 gün öncə yaşadığı evdən çıxıb və geri dönməyib. Yaxınları onun 5 aylıq hamilə olduğunu bildirir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, qadının tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

Lamiyə Məmmədovanı görən şəxslərdən 050-615-10-16 nömrəsi ilə əlaqə saxlamaqları və ya polisə müraciət etmələri xahiş olunur.