SON XƏBƏRLƏR

Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən 216 yaşlı tarixi abidə qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.

1806-cı ildə xeyriyyəçi Kərbəlayi Həmid Abdulla tərəfindən şərq üslubunda tikilmiş bu hamam Cənub bölgəsinin ən qədim hamamlarından biri sayılır. Ərçivan hamamı sonuncu dəfə 1980-ci ildə təmir edilib. 40 ildən çoxdur ki, təmir olunmayan abidə hal-hazırda qəzalı vəziyyətdədir və təmirə ehtiyacı var. Hamamın günbəzlərindən biri artıq tamamilə dağılıb.

Yerli əhalinin kollektiv müraciətləri nəticəsində 21 iyun 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən hamamın bərpası haqqında qərar verilsə də, hələ də təmir işlərinə başlanılmayıb.

Qeyd edək ki, bir neçə gün öncə Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən 116 yaşlı tarixi abidə – “Ləm”in qəzalı vəziyyətdə olması haqda məlumat vermişdik.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az Foto Cenublu.az