top
Boradigah sakinləri ölkə rəhbərliyindən kömək istəyirlər
09 noyabr 2024, 05:24
- ↺ +

Boradigah sakinləri ölkə rəhbərliyindən kömək istəyirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallı rayonunun Boradigah qəsəbəsinin bir qrup sakini yerli məktəbin qəza vəziyyətində olması ilə əlaqədar ölkə rəhbərliyinə müraciət edib.

Turan.az xəbər verir ki, Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, elm və təhsil naziri Emin Əmrullayevə ünvanlanan müraciətdə bildirilir ki, Nizami Gəncəvi adına 1 saylı məktəb dərslərin keçirilməsi üçün təhlükəli vəziyyətə düşüb.

Məktəb 1974 cü ildə tikilib və xeyli istedadlı və savadlı şagird yetişdirib ki, onların arasında müstəlif sahələrdə çalışan yüksək səviyyəli mütəxəssislər var.

Məktəbin məzunları Azərbaycan ərazilərinin azad edilməsi uğrunda fədakarlıqla savaşıblar. “Şəhidlər Qeysər Məmmədov, Zəfər Cavadov, İnqilab Nağıyev, Fərasət Paşayev, İbrahim Rükabzadə bizim məktəbin məzunlarıdır. Məzunların arasında xeyli müharibə veteranı var”, -müraciət müəllifləri yazırlar.

Bununla yanaşı, onlar təəssüflə qeyd edirlər ki, son illərdə məktəb qəzalı vəziyyətə düşüb.

2022-ci ildə Təhsil Nazirliyinin Tikinti İdarəsi təmir məqsədilə məktəbin akt və idman zalının, bufetin damlarını söküb. Ertəsi gün isə söküntünü dayandırıblar. Bildiirblər ki, məktəbi Heydər Əliyev Fondu əsaslı təmir edəcək. O vaxtdan heç bir təmir işləri aparılmayıb.

Binanın bir hissəsinin damı söküldüyündən məktəb yağış və qarın altında qalaraq, daha da qəzalı vəziyyətə düşüb. Hər an uçmaq təhlükəsi var.

2023 cü ildə Bakı Şəhərsalma İdarəsinin əməkdaşları məktəbə baxış keçiriblər, binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyiblər. Lakin heç bir təmir işləri görməyiblər.

Şagirdlər məktəbdə idman dərslərini keçə bilmirlər, akt zalı yararsız olduğundan tədbirlər dəhlizdə keçirilir, bufet xidmətindən istifadə edə bilmirlər, müraciət müəllifləri qeyd edirlər.

İstilik sistemi dağıldığından sinif otaqları odun sobası ilə qızdırılır. 270 şagirdi, 25 müəllimi, 17 texniki işçisi olan məktəbin otaqları həddən artıq soyuq olduğundan şagirdlər və müəllimlər tez -tez xəstələnir. Bu isə dərsə davamiyyətə çox ciddi təsir göstərir.

Müracətin sonunda Boradigah sakinləri ölkə rəhbərliyindən məktəbin təmirinə kömək göstərilməsini xahiş edirlər.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər