Lənkəran şəhəri, Ləvəngi dairəsində yol nişanları qoyulduğundan, hərəkət qaydaları dəyişilib. Bu hal sürücülər arasında çaşqınlıq yaradır və qəzalara səbəb olur. Bu barədə Cenublu.az 4 avqust tarixində məlumat verir.
Belə ki, keçmiş Ələt-Astara magistral yolu (indiki Rusif Ağayev) əsas yol sayıldığından, üstünlük o yoldan gələn sürücülərdə idi və dairədə hərəkət edən sürücü ona yol verməli idi.
Lakin keçmiş Ələt-Astara yoluna “dairəvi hərəkət” nişanının qoyulması qaydaları dəyişib.
Yol haqqında qanunun 42-ci maddəsinin XV bəndində qeyd olunub ki, yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilmirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Yəni artıq üstünlük magistral yoldan istifadə edən sürücülərdə yox, dairədə hərəkət edən sürücülərdədir.
Bir qayda olaraq, Ləvəngi dairəsinin hər istiqamətində “dairəvi hərəkət” nişanı olduğuna görə üstünlük dairədə hərəkət edən sürücüyə verilir. Dairəyə daxil olan sürücü isə soldan gələn nəqliyyat vasitəsini buraxıb hərəkətə davam etməlidir.
Ümid edirik ki, bundan sonra sürücülərimiz yol hərəkəti nişanlarına daha diqqətli baxıb qəzaların baş verməsinin qarşısını alacaqlar.
View this post on Instagram