SON XƏBƏRLƏR

Lənkəran şəhəri, Su-8 adlanan ərazidə, şəhid Mirxəyal Kərimzadənin adını daşıyan küçə bərbad vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 yanvar tarixində verir.

Sakinlərin sözlərinə görə, küçəyə heç vaxt asfalt vurulmayıb. “Küçəmizə Vətən müharibəsi şəhidi Mirxəyal Kərimzadənin adını verəndə həm sevindik, həm də ümid işığımız yandı. Düşündük ki, yaxın bir zamanda küçəmizə asfalt çəkilər. Lakin ümidlərimiz puç oldu. Bir neçə dəfə müraciət etsək də, problemimiz hələ də həll olunmayıb. Bir daha sizin vasitənizlə aidiyyəti qurumlara müraciət edib şəhidimizin adını daşıyan küçəni asfaltlamalarını xahiş edirik!” – deyə sakinlər bildiriblər.

Mirxəyal Kərimzadə küçəsi
Mirxəyal Kərimzadə küçəsi
Mirxəyal Kərimzadə küçəsi
Mirxəyal Kərimzadə küçəsi Mirxəyal Kərimzadə küçəsi Mirxəyal Kərimzadə küçəsi