SON XƏBƏRLƏR

Lənkəran Dövlət Musiqi Kollecinin qarşısında piyada zolağının olmaması tələbələr və müəllim heyəti üçün çətinlik yaradır. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 may tarixində verir.

Kollecin tələbələri bildirirlər ki, Paşa Təhməzov küçəsində avtomobillər yüksək sürətlə hərəkət etdiyindən onlar yolu keçməkdə çətinlik çəkirlər.

“Bəzən dəstə ilə durmağımıza baxmayaraq, avtomobillər bizə yol vermir. Aidiyyəti qurumlardan xahiş edirik, problemimizi həll etsinlər”, – deyə onlar əlavə ediblər.