SON XƏBƏRLƏR

Lənkəranda avtomobil körpüdən çaya aşıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində verir.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisə rayonun Əşlə kəndi ərazisində baş verib. Lənkəran rayon sakini İlqar Bayramov idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Ş.Mirzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.