Lənkəran şəhərindən şikayət var.
Lənkəran şəhər sakinləri tərəfindən Cenublu.az-a daxil olan məlumata görə, şəhərin Şəhidlər Xiyabanı 46/18 ünvanında yollar acınacaqlı vəziyyətdədir. Onların sözlərinə görə, ərazidəki yollarda mövcud olan çuxurlara yağış suları dolur, bu da nəqliyyat və piyadaların hərəkəti üçün problem yaradır.
Xüsusilə, həmin küçədə yerləşən əlillərin yaşadığı binanın həyətində də bu çuxurlar mövcuddur. Şikayətçilər bu vəziyyətin əlillərin hərəkət etməsini çətinləşdirdiyini və ərazinin təmir edilməsinə zərurət olduğunu vurğulayıblar:
“Hələ 18-ci binada şəhid ailəsi də yaşayır. Yollar palçıq içində, bərbad gündədir”.
Şikayətə əlavə olaraq, problemi əks etdirən fotolar da göndərilib. Həmin fotolarda çuxurlar və vəziyyətin ciddiyyəti açıq şəkildə görünür.
Məsələyə aidiyyəti qurumların müdaxiləsi gözlənilir.

