SON XƏBƏRLƏR

Lənkəran şəhəri şəhid Yalçın Həsənovun adını daşıyan küçənin sakinləri bu gün, 3 noyabr tarixində Cenublu.az-a müraciət ediblər.

Belə ki, sakinlər öz müraciətlərində küçənin başlanğıcının baxımsız vəziyyətdə olmasını bildirirlər.

“Bizim məhəllə ev 8-dən sonra 20 Yanvar küçəsi ilə birləşir. İllər öncə ora asfaltlanıb, təzəlikcə dirəklər quraşdırılıb və axşamlar işıqlandırılır. Lakin küçənin ev 8-ə qədər olan hissəsi baxımsız vəziyyətdədir. Xəndəklər aşıb-daşır, asfalt yoxdur, gecələr zülmət qaranlıq olur. Burada 8-10 ailə yaşayır. Ətrafda LDU-nun (yeni) 4 cü korpusu, Lənkəran Rayon Prokurorluğunun yeni istifadəyə verilmiş binası,  eyni zamanda yenicə açılışı olmuş Notarius ve Ədliyyə idarəsinin binası yerləşir. Ümüdvarıq ki, aidiyyəti qurumlar məsələni yaxın bir zamanda həll edərlər”, – deyə məhəllə sakinləri bildiriblər.