SON XƏBƏRLƏR

Astara şəhəri, Səməd Vurğun küçəsində yolların təmirə ehtiyacı var. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 aprel tarixində verir.

“Rahat market”in yanında yerləşən ara küçədə çuxurlar əmələ gəlib ki, bu da ərazidən keçənlərə narahatlıq yaradır.

“Yay-qış bu çuxurdakı su qurumur. Piyada keçəndə üstü bulaşır, avtomobil isə çuxura düşərkən ziyan görür. Xahiş edirik aidiyyəti qurumlardan, problemi aradan qaldırsınlar”, – deyə sakinlər bildiriblər.