SON XƏBƏRLƏR

Astara şəhərinin mərkəzi küçələrindən birinin yolu çöküb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 mart tarixində verir.

Şəhərin Nizami küçəsində yerləşən yol örtüyünün bir hissəsi dağıldığından ərazidən keçən avtomobillərə ziyan dəyir.

“Bu yoldan keçərkən sedan kuzalı avtomobillərin, demək olar ki, hamısının altı dəyir. Baxmayaraq ki, mərkəzi küçədir, yol keçilməz vəziyyətdədir. Xahiş edirik, aidiyyəti qurumlar yolu təmir etsin”, – deyə sakinlər bildiriblər.