top
Cənub poeziyasında iz qoyan şair Şəkər Aslanın anım günüdür
12 iyun 2025, 01:40
- +

Cənub poeziyasında iz qoyan şair Şəkər Aslanın anım günüdür

Şəkər Mirzə oğlu Aslanovun anım günüdür.

Şəkər Aslan təxəllüsü ilə tanınan şair 10 oktyabr 1935-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub.

Aslanov Boladi kənd orta məktəbini bitirdikdən sonra kənd klubunda, Port-İliç (indiki Liman şəhəri) və Lənkəran şəhər mədəniyyət evlərində işləyib. O, 1963-1968-ci illərdə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun poeziya fakültəsində təhsil alıb. O, 1968-1970-ci illərdə rayon partiya komitəsində təlimatçı, 1970-1992-ci illərdə “Leninçi” (indiki “Lənkəran”) qəzetində redaktor, 1992-1995-ci illərdə isə Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin məsul katibi işləyib.

Şəkərin ədəbi fəaliyyəti Lənkəranın “Sosialist subtropikası” qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan, “Koreyalı bacıma” adlı şeiri ilə başlayıb. O, öz poeziyasında Lənkəran təbiətindən, Vətənə məhəbbətdən və sevgidən yazırdı.

Aslanov 1961-ci ildə öz şeirlərini poçtla Bakıya, şair Nəbi Xəzriyə göndərib. O, sonra bu haqda belə yazıb:

“İlk şeirlərimi 1961-ci ildə Azərbaycanın görkəmli şairi Nəbi Xəzriyə göndərəndə hansı hisslərlə yaşayırdım? Lakin şairin xeyirxah məsləhətlərlə dolu məktubunu alandan sonra sanki tərəddüd və şübhə məni müəyyən qədər tərk etdi. Onların yerini əsl inam tutdu. Şeirlərim mətbuata yol tapdı”.

Ədəbiyyatşünas Seyfulla Əsədullayevə və filologiya elmləri doktoru Hüseyn Həşimliyə görə, Azərbaycan ədəbiyyatında sonetlər çələnginin ilk nümunəsini 1978-ci ildə Şəkər Aslan yaradıb. 

Onun şeirlərinə Vasif Adıgözəlov, Oktay Kazımov, Tofiq Quliyev, Tofiq Əhmədov, Nəriman Məmmədov və s. bəstəkarlar tərəfindən musiqilər bəstələnib.

Şair “Bahar yağışı”, “Ürəyimi açıram”, “Sevgi günü”, “Səni sevdiyim gündən”, “Döy mənim qapımı”, “Samovara od salmışam”, “Evə məktub”, “Payıma düşən ömür” və s. kitabların müəllifidir.

Aslanov 1978-ci ildə “Qızıl Qələm” mükafatının laureatı olub. O, 1981-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına və “Şərəf nişanı” ordeninə layiq görülüb.

Şəkər Aslan 12 iyun 1995-ci ildə vəfat edib və Boladi kəndində dəfn olunub.. Lənkəran şəhərinin küçələrindən biri onun adını daşıyır. 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:45

Bir ildə erkən evliliyə cəhdlə bağlı 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Bütün xəbərlər
Bu gün, 14:39

Sabah şaxta olacaq - PROQNOZ

Sizi maraqlandıran
Bu gün, 13:45

Təhsil tələbə kreditindən yararlanmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Bu gün, 12:27

XTQ-nin 19 yaşlı qəhrəman şəhidi

Sizi maraqlandıran
Bu gün, 11:28

Boradigahda keçilməz küçə - Yağış suları həyətləri basır

Bütün xəbərlər
Bu gün, 10:28

Lənkəranda evin damından yıxılan kişi 16 gün sonra ölüb

Bütün xəbərlər
Bu gün, 09:12

Lerikli şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 17:33

Həzi Aslanovun 116 illiyinə həsr olunan anım tədbiri keçirilib

Məişət
Dünən, 16:29

Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq

Məişət
Dünən, 15:26

Sabah yollar buz bağlayacaq

Bütün xəbərlər
Dünən, 13:49

Lənkəranda 1-ci Qarabağ müharibəsi iştirakçısının meyiti tapılıb

Bütün xəbərlər
Dünən, 13:00

Cəlilabadda yol-nəqliyyat hadisəsi: 2 nəfər ağır xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:50

21 yaşlı lənkəranlı Bakıda infarktdan öldü

Sizi maraqlandıran
Dünən, 11:05

Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

Bütün xəbərlər
Dünən, 10:27

Saatlıda 6 kiloqram narkotik ələ keçirildi

Bütün xəbərlər
Dünən, 09:23

Biləsuvar sakini paytaxtda qətlə yetirilib

İqtisadiyyat
21 yanvar 2026, 17:51

Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI

Bütün xəbərlər
21 yanvar 2026, 17:16

Lənkəranda qardaşını qətlə yetirən şəxsə hökm oxunub

İqtisadiyyat
21 yanvar 2026, 16:30

Qarın vurduğu ziyana görə bu şəxslərə 915 min manat ödənildi

İqtisadiyyat
21 yanvar 2026, 15:13

İşləyən pensiyaçılar üçün yeni təklif

Bütün xəbərlər
21 yanvar 2026, 14:33

Sabah hava necə olacaq?

Məişət
21 yanvar 2026, 13:36

Masallıda 3 500 abonentin qaz təchizatı dayandırılacaq

Məişət
21 yanvar 2026, 12:49

Cənublu Əməkdar müəllim vəfat etdi

Məişət
21 yanvar 2026, 11:30

Lerikdə qarın hündürlüyü 1.15 metri keçib

Oxşar xəbərlər