SON XƏBƏRLƏR

Azərbaycanda ləmlərə, əsasən, Astara, Lənkəran və Masallı rayonlarının ərazisində rast gəlinir. Onlar təxminən XVIII-XIX əsrlərə aid edilirlər [1]. El arasında ləmlərə “ləməkəon” və “küləfirəngi” də deyilir [2].

Ləmlər yay fəslində ailənin istirahət, qonaq qəbul etməsi və ya gecələməsində istifadə olunub. Əvvəllər ləmlər, əsasən, evlərin yaxınlığındakı bağlarda tikilirdi.

Yay evləri, əsasən, dörd dirək, yaxud kərpicdən olan dörd sütun üzərində, 4-5 metr hündürlükdə tikilirdi. Burada işlənən taxtalar bir-birinə mismarsız, keçirmə yolu ilə bərkidilirdi. Ləmlər ikimərtəbəli olurdu. Birinci mərtəbə xidmət otağı kimi istifadə olunurdu, ikinci mərtəbə isə istirahət üçün istifadə edilirdi. Ləmin yuxarı hissəsi dörd tərəfdən açıq olur, və oraya taxta pilləkənlə çıxırdılar [1]. Əvvəllər ləmin üst hissəsi qamış və ya digər suyadavamlı bitkilərlə, həmçinin taxta ilə örtülürdü, hazırda isə kirəmitlə örtülür [3,4].

Bir çox ləmlər bu günə kimi yerli əhali tərəfindən istifadə olunur [1].

Ədəbiyyat:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  3. “Гилея”. Научный вестник. Выпуск 114 (№11). Киев-2016.
  4. П.П.Семенов. Живописная Россия: Отечество наше в его земельном, историческом, племенном, экономическом и бытовом значении. Том девятый. Москва-1883.