SON XƏBƏRLƏR

Lənkəran rayon Nərimanabad qəsəbə sakini, 12 yaşlı Nizami Elnur oğlu Əliyev Kikboksing üzrə dünya çempionu olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 oktyabr tarixində Lent.az-a istinadən verir.

O, İtaliyada keçirilən yarışda 32 kiloqram çəki dərəcəsində yarışıb. Nizami buna qədər ardıcıl beşqat Bakı, dördqat respublika çempionu olub və Zəfər döyüş kəmərinin sahibidir.

Həmçinin çempion beynəlxalq nəticə göstərdiyi üçün indidən Bədən Tərbiyəsi Universitetinin tələbəsi olmaq şansını da qazanıb.