Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçılığı ilə Masallı şəhərində Əmək Yarmarkası keçiriləcək.
Cenublu.az xəbər verir ki, tədbir aprelin 29-u saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.