Masallıda rayonun yaranmasının 95 illiyinə həsr olunmuş intellektual yarış təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, yarışma iyunun 3-ü saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Burada məktəblilər və tələbələr biliklərini sınaya biləcəklər.
Yarışın şərtlərə əsasən, 5 nəfərdən ibarət komanda formalaşdırmalı, komandanın adını müəyyənləşdirməli və GİKM-in Masallı bölməsinə təqdim etməldir.
Son müraciət tarixi: 2 iyun saat 17:00-dək.
Tədbir Masallı Rayon İcra Hakimiyyətinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin, Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçiriləcək.