Lənkəranda ümumtəhsil müəssisələrinin peşə təmayüllü siniflərinin “Peşə sərgisi” baş tutacaq.
Cenublu.az xəbər verir ki, sərgi aprelin 30-u saat 11:00-da Heydər Əliyev Xatirə Parkında keçiriləcək. Burada Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının ümumtəhsil müəssisələrinin peşə təmayüllü siniflərində təhsil alan və müxtəlif peşələrə yiyələnən yeniyetmələr sərgidə il ərzində hazırladıqları əl işlərini nümayiş etdirəcəklər.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.