top
Cənublu həkim-osteopat: “Osteopatiyanın ənənəvi təbabətdən üstünlüyü…” - ÖZƏL MÜSAHİBƏ
05 fevral 2025, 03:16
- +

Cənublu həkim-osteopat: “Osteopatiyanın ənənəvi təbabətdən üstünlüyü…” - ÖZƏL MÜSAHİBƏ

Cenublu.az-ın bugünkü müsahibi həkim-osteopat Tofiq Vəliyevdir.

Müsahibəni təqdim edirik:

- Tofiq bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- Lerik rayonunun Babagil kəndində anadan olmuşam. ATU-nun müalicə-profilaktika fakültəsini bitirmişəm. Terapevt kimi Bakı şəhərindəki 5 saylı klinikada fəaliyyətə başlamışam. Sonra öz arzumla Lerik Rayon Mərkəzi Xəstəxanasında işləmişəm. Bir müddət sonra Peştətük kənd xəstəxanasına baş həkim təyin olunmuşam. Hazırda həmin vəzifədə çalışıram. Evliyəm. İki oğul atasıyam.

- Osteopat olmağa necə qərar verdiniz? Bu sahəyə olan marağınız necə başladı?

- Yeniliklərlə həmişə maraqlanmışam. Əsasən Bioloji Təbabət klinikasının keçirdiyi bütün seminar və konfranslarında iştirak etmişəm. Yeni müalicə metodlarını mənimsəmişəm. Sonra isə osteopatiya ilə yaxından maraqlanmışam. Sankt-Peterburqdakı Beynəlxalq Osteopatiya Akademiyasında təhsilimi başa vurduqdan sonra həkim-osteopat kimi fəaliyyətdəyəm. Diplom və sertifikatlarım var.

- Osteopatiya nədir və onun əsas prinsipləri hansılardır?

- Müasir osteopatiyanın banisi amerikalı alim Endryu Teylor Stilldir. Osteopatiya bir elm və fəlsəfə olmaqla əlləri toxundurmaqla bədəndə yaranan üzvi, fizioloji və patoloji prosesləri ayırd edib, müalicə etməkdən ibarətdir.

Osteopatiyanın 4 əsas prinsipi vardır: 1. Orqanizmə bütöv bir sistem kimi baxılır; 2. Orqanizm özü-özünü tənzimləyir, adaptasiya edir və sağlamlığını qoruyur; 3. Struktura və funksiya daim vəhdətdədir; 4. Rasional müalicə bu əsas üç prinsipə əsaslanır.

- Osteopatik müalicə metodları haqqında nə deyə bilərsiniz? Ən çox hansı xəstəlikləri müalicə edirsiniz?

- Osteopatiyanın 4 əsas bölməsi mövcuddur : biodinamik, struktural, kraniosakral və visseral. Burda allopatik yolla müalicəsi mümkün olmayan xəstəlikləri müalicə etmək mümkündür.

- Osteopat həkim olaraq sizin yanaşmanız nə dərəcədə fərqlidir və ənənəvi tibdən hansı əsas fərqləri var?

- Osteopatiyanın ənənəvi təbabətdən üstünlüyü heç bir müalicə vasitəsindən istifadə etmədən, əllərin “möcüzəvi” gücündən yararlanaraq lazımi nəticə əldə etməkdən ibarətdir.

- Müalicə zamanı hansı texnikalardan istifadə edirsiniz? Hər hansı bir xüsusi metodunuz varmı?

- Osteopatiyanın xüsusi texnikaları mövcuddur. Mən əsasən biodinamikanın texnikalarına çox üstünlük verirəm.

- Osteopatik müalicə ilə bağlı ümumi yanlış anlayışlar varmı? İnsanlar nə vaxt osteopat həkimə müraciət etməlidir?

- Bəzən osteopatik müalicəni manual terapiya ilə eyniləşdirirlər. Bu yanlış yanaşmadır. Allopatik təbabətdə heç bir nəticə əldə olunmadıqda insanlar həkim-osteopatlara müraciət etmək məcburiyyətində olurlar. Təəssüflə qeyd etməliyəm ki, hətta həkimlərimiz bu müalicələrin nəticələrinə inanmaq istəmirlər. Bəzilərinin osteopatiya elmi haqqında məlumatları belə yoxdur.

- Osteopatiyanın digər müalicə üsulları ilə birlikdə istifadəsi necədir? Məsələn, fizioterapiya və ya masaj terapiyası ilə necə birləşdirilə bilər?

- Osteopatiyanın bu müalicə metodlarına ehtiyacı yoxdur.

- Osteopat həkim olaraq gələcəkdə bu sahənin inkişafını necə görürsünüz? Yeni texnologiyalar və araşdırmalar barədə hansı fikirləriniz var?

- Elm və texnologiya ildən-ilə təkmilləşdiyi üçün osteopatiya elminin inkişafı prosesi davam edir.

- Cənub bölgəsində çalışırsınız. Burada ən çox rast gəldiyiniz xəstəliklər hansılardır?

- Cənub bölgəmizdə çox rast gəlinən xəstəliklər müxtəlif mənşəli disk yırtıqları və protruziyaları, oynaq patologiyaları (artritlər, artrozlar), skolyozlar, autiz, enurez və digər diskopariyalardır.

- Bu sahənin nə kimi problemləri var?

- Bu sahənin ən böyük problemi xəstələrin həkimə çox gec müraciət etmələridir.

- Gələcəkdə hansı müalicə metodları üzərində daha çox işləmək və ya öyrənmək istəyirsiniz?

- Çalışıram yenilikləri vaxtında qarşılayım və özümdə təkmilləşmələr aparım.

- Çox insan onurğa sütununda disk yırtıqları ilə üz-üzədir. Bu barədə nə deyə bilərsiniz?

- Mən deyərdim ki, dövrün bəlasıdır. İldən-ilə çoxalır və cavanlaşır. Əsasən bunu elm və texnologiyanın sürətlə inkişafı, qlobal istiləşmə, elektromaqnit dalğaları, dinamiya, keyfiyyətsiz qidalanma ilə əlaqələndirmək olar.

- Miqrendən əziyyət çəkənlər var…

- Miqrenə gənc qadınlarda çox rast gəlinir. Orqanizmdə yaranan endokrin pozğunluqlar miqrenin peyda olmasına səbəb olur. Osteopatik seanslarla bu xəstəliyi korreksiya etmək mümkündür.

- Enurezdən əziyyət çəkənlər daha çox hansı yaş kateqoriyasındandır?

- Enurez (gecə sidik qaçırmaları) əsasən erkən yaşlarda meydana gəlir. Müalicəsi düzgün aparılmazsa, hətta yuxarı yaşlarda və böyüklərdə də rast gəlinir.

Nəzrin Vahid

Son xəbərlər

Kriminal
Bu gün, 17:44

Masallıda dəhşət: Oğul yataq xəstəsi olan anasına təcavüz etdi

Kriminal
Bu gün, 17:07

Lerikdə 9 kiloqram marixuana ilə saxlanılan şəxs həbs edildi

Cəmiyyət
Bu gün, 16:34

Ədliyyə naziri Lerikdə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 16:00

Salyanda tanınmış musiqi müəllimi vəfat edib

Cəmiyyət
Bu gün, 15:27

Neftçalada ibtidai sinif müəllimi vəfat edib

Bütün xəbərlər
Bu gün, 14:55

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:57

Maşxan kəndi qazsız qalacaq

Bütün xəbərlər
Bu gün, 13:26

FHN: Ötən həftə 881 yanğına çıxış olub

Cəmiyyət
Bu gün, 12:58

Astarada faciə: Elektrik dirəyində işləyən 36 yaşlı kişi həyatını itirdi

Kriminal
Bu gün, 12:29

Polis 19 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Kriminal
Bu gün, 11:57

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Biləsuvarda yol qəzası: 3 nəfər xəsarət alıb

Bütün xəbərlər
Bu gün, 10:58

Lənkəran gecələr yenə qaranlığa qərq olur

Bütün xəbərlər
Bu gün, 10:26

Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı

Bütün xəbərlər
Bu gün, 09:53

Daxili Qoşunların döyüşlərdə şəhid olan çavuşu

Bütün xəbərlər
Bu gün, 09:11

Nazirlik xəbərdarlıq etdi

Bütün xəbərlər
25 iyul 2026, 17:05

Qarpızların gizli təhlükəsi

Bütün xəbərlər
25 iyul 2026, 16:30

Azərbaycana idxal olunan qarğıdalının həcmi açıqlandı

Bütün xəbərlər
25 iyul 2026, 15:55

Lənkəranda baxımsız kanal daşqın təhlükəsi yaradır

Bütün xəbərlər
25 iyul 2026, 15:20

Lerikdə Mərakeş çəyirtkələrinə qarşı mübarizə gücləndirildi

Bütün xəbərlər
25 iyul 2026, 14:46

Cəlilabadlı şəhidimizin doğum günüdür

Kriminal
25 iyul 2026, 14:14

Qarabağdan mal-qara gətirəcəyini dedi, 17 min manatı mənimsədi

Cəmiyyət
25 iyul 2026, 13:40

Bakı-Lənkəran reysində ÇƏTİN ANLAR - AYNA araşdırmalara başladı

Oxşar xəbərlər