Cəlilabad rayonunun yetirməsi, 1993-cü ildə bu bölgədə dünyaya gəlmiş müğənni Kazım Can yenidən medianın gündəmindədir.
Cenublu.az xəbər verir ki, Kazım Canın qalmaqallı şəkildə ayrıldığı keçmiş həyat yoldaşı, müğənni Əminə Şirin “Afaqla 10lar” verilişində sənətçidən bəhs edərək maraqlı fikirlər söyləyib. Ona ünvanlanan “Keçmiş həyat yoldaşınız 1 milyon verdiyi təqdirdə onunla duet oxuyarsınız?” sualına Əminə Şirin belə cavab verib:
“O milyonu gərək mən görüm. İndiki ağlımla düşünürəm ki, xeyr, oxumaram. Ona işlərində uğurlar arzulayıram. Düşünürəm ki, oxumaram.”
Qeyd edək ki, Kazım Can musiqi təhsilini Əlibaba Məmmədovun sinfində alaraq peşəkar sənət yoluna qədəm qoyub. 16 il öncə boşanmış cütlüyün həmin il 9 aylıq körpələri vəfat etmişdi.
View this post on Instagram