Cəlilabad rayonunda daş dövrünə aid məişət əşyaları aşkarlanıb.
Cenublu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi, tarixçi-tədqiqatçı Ələsgər Mirzəzadə deyib.
Neolit dövrünə aid olduğu bildirilən əşyalar rayonun Üçtəpə kəndində tapılıb.
“Yeni tapıntılar: neolit dövrünə aid məişət əşyaları. Polutəpənin arxeoloji qazıntı getməyən hissəsi. Mal-heyvan ayaqları altında üzə çıxan tarixi nümunələr. Bu gün çəkiliş zamanı əldə edilmişdir”, - deyə Ələsgər Mirzəzadə bildirib.