"İnternational BOKT" Lənkəran, Masallı, Astara, Cəlilabad və Biləsuvar filialları üzrə işçilər axtarır.
Cenublu.az xəbər verir ki, vakansiya kredit üzrə mütəxəssislər üçün nəzərdə tutulub.
Tələblər:
- Ali təhsil və ya orta ixtisas təhsil;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir.
İş qrafiki: 5 günlük.
Əmək haqqı: 400-800 manat.
Vəzifə funksiyaları:
- Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Kredit üzrə mütəxəssisi” başlığı ilə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.