Masallı rayonunun Ərkivan qəsəbəsində aşkar olunmuş yeraltı qaz sızmasını aradan qaldırmaq üçün bir sıra ərazilərdə qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 fevral tarixində verir.
Masallı şəhəri, Qızılavar, Lürən, Öncəqala, Hüseynhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçuvar, Seybətin, Səmidxan 2, Təzəkənd kəndlərinin və Ərkivan qəsəbəsinin ümumilikdə 15.000 abonentinin qaz təchizatının sabah, 15 fevral saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.