Sabah Masallı rayonunun bəzi ərazilərində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 fevral tarixində verir.
Rayonun Bambaşı kəndində diametri 273 mm olan ortatəzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Bambaşı, Böyük Xocavar, Yeyənkənd kəndlərinin və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1800 abonentin qaz təchizatının 16.02.2024 tarixində saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.