Masallıda 1900 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 iyun tarixində verir.
Banbaşı kəndində 2024-2025-ci il Payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun olaraq, müxtəlif diametrli siyirtmələr quraşdırılacaq. Bununla əlaqədar sabah, iyunun 12-də saat 10:00-dan işlər yekunlaşanadək Banbaşı, Böyük Xocavar, Yeyənkənd və Köhnə Alvadı kəndlərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.