Lənkəran QPS-də yerləşən sənaye kollektorundan qidalanan 13 sənaye obyektində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 dekabr tarixində verir.
Belə ki, rayonun Velədi kəndində yerləşən Fövqəladə Hallar Nazirliyinə məxsus hərbi alayın yeni quraşdırılmış qaz xətti ümumi qaz şəbəkəsinə qoşulur. Bununla bağlı 7 dekabr tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınız və təhlükəsizlik tədbirlərinə riayət etməyiniz xahiş olunur.