Sabah, 17 iyul tarixində Astara və Lənkəran rayonlarının bəzi ərazilərində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az verir.
Belə ki, Astara XS ərazisində 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına əsasən, Astara rayonu “Ərcivan” QPS-dən qıdalanan Ərçivan qəsəbəsində ŞQTM-800 markalı tənzimləyicinin və diametri 100 mm-lik siyirtmənin quraşdırılması məqsədilə 420 abonentin qaz təchizatı, habelə Lənkəran rayonu ərazisində yerləşən “Hirkan” QPS-dən qidalanan Şilim kəndində qaz kəmərində aşkar olunmuş sızmanın aradan qaldırılmasından ötrü Moğonojba, Seyidəkəran, Tütəpeştə, Kənarmeşə, Şilim və Aşağı Nüvədi kəndləri olmaqla ümumilikdə 3000-ə yaxın abonentin qaz təchizatının 17 iyul saat 10:00-dan işlər başa çatanadək dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.