Astara və Cəlilabadda qaz təchizatının dayandırılması planlaşdırılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyul tarixində verir.
Astara şəhəri istiqamətində diametri 160 mm-lik ortatəzyiqli yeraltı qaz xətti kipliyə sınaq olunacaq. Bununla əlaqədar şəhərin Qum küçəsi, Nizami küçəsi və S.Vurğun küçəsi olmaqla ümumilikdə 2200 abonentin qaz təchizatında 11 iyul tarixində saat 10:00-dan işlər yekunlaşana qədər fasilə yaranacaq.
Həmçinin Cəlilabad rayonunun Seyidbazar kəndi istiqamətində olan ortatəzyiqli yeraltı qaz kəməri kipliyə sınaq olunacaq. Bununla bağlı Cəlilabad şəhəri Səttarxan, H.Aslanov, M.Hadi, Əzizbəyov, Vaqif, A.Azərtürk, Qurtuluş küçələrinin bir hissəsi və Hasıllı, Hacıismayıllı, Seyidbazar kəndləri olmaqla ümumilikdə 3200 abonentin qaz təchizatı 11 iyul tarixində saat 10:00-dan işlər başa çatana qədər dayandırılacaq.