Masallı rayonunda “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” aksiyası baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində verir.
Belə ki, rayonun Xəlfələr kəndində baş tutan aksiyada 10 sakin öz müraciətini ünvanlayıb. Müraciətlər dinlənilib qeydə alındıqdan sonra Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara ətraflı izahatlar verilib.