Masallı rayonunun bir sıra kəndlərində qazın verilişində fasilələr yaranacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 avqust tarixində verir.
Belə ki, rayon ərazisində yerləşən Tüklə ölçü qovşağından qidalanan Mahmudavar kəndində Kərimov Əzizağa Yadulla oğluna məxsus qeyri-yaşayış sahəsinin (kafe) qaz xəttinin mövcud diametri 159mm-lik orta təzyiqli daşıyıcı qaz xəttinə qoşulması üçün Mahmudavar, Mololon, Şatıroba və Türkoba kəndlərinin müəyyən hissələrində ümumilikdə 1900 abonentin təbii qaz təchizatının saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qeyd olunan ərazilərdə yaşayanlardan qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.