Masallı rayonunun Boradigah, Çayqıraq və Bədəlan kəndlərində qazın verilməsində məhdudiyyət aradan qalxıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 mart tarixində Report.az-a istinadən verir.
Rayon ərazisində "Aztelekom" şirkəti tərəfindən kabel çəkilməsi üçün dayaq yerinin qazıntısı zamanı zədələnən diametri 160 mm-lik yeraltı qaz kəmərində qəza aradan qaldırılıb. Nəticədə 2500 abonentin qaz təchizatı bərpa edilib.
Daha öncə adıçəkilən kəndlərdə qaz təchizatında fasilə yaranmışdı.