Masallı rayonunun Seybətin, Xırmandalı, Əminli, Kürdxanlı, Dəlləkli, Qarğalıq kəndlərində işıq olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 aprel tarixində verir.
Cənub RETSİ, Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110 /35/10 kV-luq "Masallı" yarımstansiyasından qidalanan 35 kV-luq Əminli hava xətti təmir işləri ilə əlaqədar sifarişə əsasən, açılacaq. Bununla bağlı adıçəkilən kəndlərdə saat 14:00-dan saat 17:00-dək enerjinin verilişi dayandırılacaq.