Masallı rayonunun Musaküçə kəndində ŞQTM-200 tipli qaz tənzimləyicisinin quraşdırılması ilə əlaqədar qazın verilişində fasilə yaranacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 oktyabr tarixində verir.
Belə ki, Masallı şəhəri, Xıl-Sirəbil, Təzəkənd, Sərçuvar, Gəyəçöl və Musaküçə kəndlərində ümumilikdə 5800 abonentin qaz təchizatının 10 oktyabr saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qeyd olunan ərazilərdə yaşayan abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.