Masallı rayonu ərazisində yerləşən “Masallı" qazpaylayıcı stansiyasında qaztənzimləyicinin quraşdırılması üçün rayonun bəzi ərazilərində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 aprel tarixində verir.
Belə ki, Masallı şəhəri, Seybətin, Səmidxan-2, Ərkivan qəsəbəsi, Öncəqala, Hüseynhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçüvar, Təzəkənd, Qəriblər, İsilər, Ninəlov, Məmmədrzaküçə, Qızılavar, Kolatan kəndləri olmaqla 17.000 nəfər əhalinin və 225 sənaye obyektinin qaz təchizatının 30 aprel saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Sakinlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.