Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar bəzi ərazilərdə qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 fevral tarixində verir.
Belə ki, rayonun Lürən, Qızılavar, Bala Kolatan kəndlərinin və Ərkivan qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 2500 abonentin qaz təchizatının 1 mart saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.