Masallı rayonunun bəzi ərazilərində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 iyul tarixində verir.
Belə ki, rayonun Boradigah qəsəbəsində, daş bazarının qarşısında “Təmiz qaz” QSC-nin aşkar etdiyi yeraltı qaz sızmalarının aradan qaldırılması məqsədilə 19 iyul tarixində Boradigah qəsəbəsi, Bədəlan, Türkoba, Babaser, Mollaoba kəndlərində ümumilikdə 3600 abonentin qaz təchizatı saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılacaq.
Sakinlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.