Masallının bəzi ərazilərində mavi yanacağın verilişində fasilə yaranacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Boradigah qəsəbəsində ŞQTM-200 tipli qaz tənzimləyici quraşdırılacaq. Bununla bağlı Boradigah qəsəbəsi, Bədəlan, Babaser və Türkoba kəndinin bir hissəsi olmaqla ümumilikdə 4500 abonentin qaz təchizatının sentyabrın 4-ü saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.