Masallıda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər cəzalandırılıblar. Bu haqda məlumatı Cenublu.az Report-a istinadən bu gün, 17 iyul tarixində verir.
Əməliyyat Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Aparılan tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib. Nəticədə 7 nəfər cərimələnib.
Ümumilikdə rayon ərazisində 6 ay ərzində analoji əməllərə görə 133 nəfər cərimələnib.
[URIS id=41224]