Masallı rayonunun Səmidxan kəndində qaz təchizatında məhdudiyyət yaranıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 mart tarixində verir.
Sözügedən kənddə yeraltı kabelin çəkilməsi üçün qazıntı işləri aparılan zaman diametri 160 mm olan boru zədələnib. Nəticədə 800 abonentin qaz təminatında bu gün, 4 mart tarixdə saat 14:30-dan fasilə yaranıb.