Masallı rayonunun Boradigah, Çayqıraq və Bədəlan kəndlərinin qaz təchizatı dayandırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 mart tarixində verir.
Rayon ərazisində “Aztelekom” şirkəti tərəfindən kabel çəkilməsi üçün dayaq yerinin qazıntısı zamanı diametri 160 mm lik yeraltı qaz kəməri zədələnib. Nəticədə adıçəkilən kəndlərdə 2500 abonentin qaz təchizatında saat 12:13-dən fasilə yaranıb. Qəzanın aradan qaldırılması istiqamətində işlər davam edir.
Qazın verilişinin bərpası ilə bağlı əlavə məlumat veriləcək.