Masallı rayonunda işıqlandırma işləri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 fevral tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.
Belə ki, Şatıroba kəndi ərazisində kənd xeyriyyəçilərinin dəstəyi ilə yolların işıqlandırılması işinə başlanılıb.
Göyəçöl kəndi ərazisində isə elektrik şəbəkəsinin əməkdaşları tərəfindən qəzalı elektrik dirəyi dəyişdirilib və kabelləri dartılıb.