Bu gün, 12 oktyabr tarixində Masallının bir neçə küçəsində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən verir.
Belə ki, payız-qış tədbirlər planına əsasən, “Masallı” ölçü qovşağından qidalanan şəhərin M.Talışxanov küçəsində ŞQTM - 500 tipli tənzimləyicinin quraşdırılması və Puşkin küçəsinin M.Talışxanov küçəsi ilə kəsişməsində 80/50 RQD tipli tənzimləyicinin quraşdırılması ilə əlaqədar ümumilikdə 5800 abonentin qaz təchizatının saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Sakinlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.