Bu gün Masallı rayonunun Qəriblər və İsilər kəndlərində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 fevral tarixində verir.
Qəriblər kəndinin abonentlərini fasiləsiz və təhlükəsiz təbii qazla təmin etmək məqsədilə tənzimləyici quraşdırılacaq. Bununla bağlı bu gün, 27 fevral tarixində saat 10:00-dan işlər yekunlaşana qədər 500 abonentin qaz təchizatında məhdudiyyətlər olacaq.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınız xahiş olunur.