Lerikdə qazın verilişi dayandırılacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, E.Qarayev küçəsində yerləşən şəhid atası Tahir Mövlanova məxsus torpaq sahəsindən keçən orta təzyiqli yeraltı və yerüstü qaz kəmərlərinin yerinin dəyişdirilməsi planlaşdırılır.
Bununla bağlı avqustun 29-u saat 10:00-dan etibarən işlər başa çatana qədər Cəngəmiran kəndi istiqamətində 42 kənd olmaqla ümumilikdə 2800 abonentin mavi yanacağı olmayacaq.