Son günlər redaksiyamıza Lənkəran rayonunun bir neçə kəndində və şəhər ərazisində yaşayan oxucularımız müraciət edərək işıqla bağlı problem yarandığını bildiriblər. Biz də, Cenublu.az olaraq bu gün, 22 iyul tarixində məsələni işıqlandırmaq qərarına gəldik.
Belə ki, çoxsaylı müraciətlərdə sakinlər verilən elektrik enerjisinin keyfiyyətinin aşağı olduğunu vurğulayıblar: “Evlərə ötürülən elektrik enerjisinin gərginliyi yetərincə yüksək deyil. Bu səbəbdən evimizdəki məişət avadanlıqları zərər görür.
“Məsələ ilə bağlı bir neçə dəfə müraciət etmişik. Cavab olaraq isə bizə gələn elektrik enerjisi artıq zəifdir, heçnə edə bilmərik deyə bildiriblər”.
Boladı kəndindən olan abonent isə bunları yazıb: “Bir neçə dəfə “199” qəza xidmətinə gərginliyin artıb-azalması ilə bağlı müraciət etmişəm, sonra “Azərişıq” ASC-nin Facebook səhifəsinə yazmışam və video göndərmişəm, amma hələ ki heç bir tədbir görülməyib”.