Lənkəranın 10 yaşayış məntəqsində təbii qazın verilişi dayandırılıb. Bu haqda bu gün, 18 avqust tarixində Cenublu.az xəbər verir.
5000-ə yaxın abonentin olduğu 44-cü məhəllə, M.S.Ordubadi, 28 May, H.Həbibov, V.Hüseynov, A.İsmayılov, H.Abdullayev, T.İsmayılov küçələrində, o cümlədən Digah və Şiləvar kəndlərində qaz təchizatı yoxdur.
Lənkəran Regional Qaz İstismarı İdarəsindən verilən məlumata əsasən, ərazidə aparılan işlər yekunlaşana qədər təbii qaz təchizatı dayandırılıb. İdarə qeyd olunan ərazilərdə yaşayan abonentlərdən qaz təhcizatı avadanlıqlarını nəzarətdə saxlamaları və təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edir.